Noyabrın 17-də Millətlər Liqasında seçməmizlə qarşılaşacaq Farer adalarının heyətində dəyişiklik edilib.
Fanat.Az xəbər verir ki, adalılar Yohan Seymun Edmundsonun xidmətindən faydalana bilməyəcək.
"Arminiya” klubunun futbolçusu Almaniyanın 2-ci Bundesliqasının "İnqolştadt”la görüşündə dizindən zədə alıb. Onun Azərbaycan və Maltaya qarşı oynaya bilməyəcəyi dəqiqdi.
Baş məşqçi Lars Olsen onun yerinə U-21-dən oyunçu çağırıb. Bu, gənclər yığmasında 11 matçda 4 qol vuran Maynhard Eqilsondu.
Qeyd edək ki, Azərbaycan – Farer adaları matçı Bakı Olimpiya Stadionunda keçiriləcək.
Fanat.Az