Noyabrın 17-də Bakıda yoldaşlıq oyunu keçiriləcək.
Fanat.Az xəbər verir ki, bu matç Vəli Qasımovun 50 illik yubileyinə həsr olunub.
Veteran futbolçuların iştirakı ilə keçirilən görüşdə yerli mütəxəssislər sovet və "Real Betis" klubunun futbolçularına qarşı oynayacaqlar.
Sözügedən qarşılaşma saat 17:00-da "Bayıl Arena"da keçiriləcək.
Qonaq komanda: Rinat Dasayev, Viktor Loysev, İqor Yakubovskiy, Roberto Bordin, Kamaço, Konde, Xoakin Parra, Adolfo Aldana, Sergey Kiryakov, Valeriy Şmarov, İqor Kolivanov, Nikolay Pisarev.
Baş məşqçi: Valeriy Qazzayev.
Meydan sahibi: Elxan Həsənov, Dmitriy Kramarenko, Əsgər Abdullayev, Tərlan Əhmədov, Yaşar Vahabzadə, Novruz Əzimov, Arif Əsədov, Yunis Hüseynov, Vidadi Rzayev, Nazim Süleymanov, Samir Ələkbərov, Qurban Qurbanov, Vəli Qasimov.
Baş məşqçi: Kazbek Tuayev.
Fanat.Az