19 yaşadək futbolçulardan ibarət yığmamız bu gün Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.
Fanat.Az xəbər verir ki, Vüqar Məmmədin başçılıq etdiyi kollektiv ilk sınağında İsrail seçməsi ilə qarşılaşıb və 1:4 hesabı ilə uduzub.
Qeyd edək ki, seçmə mərhələnin oyunları Gürcüstanda keçirilir. Millimiz 1-ci qrupda İsraillə yanaşı, Lixtenşteyn və meydan sahibləri ilə də mübarizə aparacaq. Hər qrupda ilk iki yeri tutan komanda pley-offa yüksələcək.
Xatırladaq ki, Avropa çempionatının final mərhələsi Ermənistanda keçiriləcək.
Avropa çempionatı
Seçmə mərhələ
I qrup, I tur
14 noyabr
Azərbaycan - İsrail 1:4
Qollar: Emil Qasımov, 82 - Məhəmməd Kanaan, 9. Şadi Masarva, 28.Bar Arad, 56; 64.
Sarı vərəqələr: Zamiq Əliyev, 13. Şakir Seyidov, 29.Rauf Hüseynli, 63- Məhəmməd Kanaan, 45.
Hakimlər: Erik Lambrext, Karel De Roker (Belçika), Giorgi Elikaşvili (Gürcüstan).
Tiflis, Mixail Mesxi adına stadion.
Azərbaycan: 1. Nicat Mehbalıyev (k), 4. İbrahim Hüseynov, 5. Rauf Hüseynli, 6. İdris İnqilablı, 7. Turan Vəlizadə (19. Tural Bayramov, 39), 8. Şakir Seyidov, 9. Murad Mahmudov (18. Emil Qasımov, 64), 10. Kamran Quliyev (3. Elnur İbrahimov, 68), 11. Elvin Cəfərquliyev, 14. Zahid Mərdanov, 21. Zamiq Əliyev (15. Vüsal Məsimov, 46).
Ehtiyat oyunçular: 12. Nail Alışov, 22. Əkbər Vəliyev, 2. Rüstəm Nuriyev, 16. Elvin Talıbov, 17. Samir Qurbanov.
Baş məşqçi: Vüqar Məmməd.
İsrail: 1. Ömər Yakov Nir On, 2. Amid Dov Qlezer, 3. Alon Strosberq (k), 6. Məhəmməd Kanaan (9. Guy Dahan, 60), 8. İlay Elmikeis, 12. Tomer Mahluf, 13. Bar Arad, 14. Yoav Hofmeyster, 15. Roi Herman, 17. Tomer Benbeniski (11. Eden Karzev, 60), 19. Şadi Masarva.
Ehtiyat oyunçular: 18. Şarif Xeouf, 4. Ori Arzi, 5. Or Blorian, 7. Rio Arie Fadida, 10. Yoni Sisay, 16. Liel Abada
20. Roy Levi.
Baş məşqçi: Nir Levin.
Fanat.Az