UEFA Millətlər Liqasının V turunda keçiriləcək Azərbaycan - Farer adaları oyunu üçün hakim təyinatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, matçı Cənubi Kiprdən olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Dimitreos Masiasa Marios olacaq. Yan xətdə ona Marios Kalogiru və İoannis Lazaru kömək edəcək. Omiros Tsiortsis isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 21.00-da başlayacaq.
Fanat.Az