Azərbaycan Kubokunun 2018/19 mövsümünün final matçı Gəncə şəhər, ya da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Fanat.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib. O bildirib ki, bunun üçün stadionun gələn ilin mayınadək hazır vəziyyətdə olması lazımdı: "Gəncə stadionu hazır olsa, məmnuniyyətlə kubokun finalını orda keçirəcəyik. Əks təqdirdə, oyun Tofiq Bəhramov adına Respublika Stadionuna salınacaq”.
Qeyd edək ki, final matçı 2019-cu il mayın 19-da keçiriləcək.
Fanat.Az