"Keşlə” və "Sumqayıt” millimizin Millətlər Liqasındakı oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranacaq fasilədən faydalanmaq niyyətindədi.
Fanat.Az xəbər verir ki, tərəflər sınaq matçına çıxacaq. Oyun noyabrın 18-də "ASK Arena”da baş tutacaq.
Görüşün start fiti 16:00-da səsləndiriləcək.
Fanat.Az