Ölkəmizdə "İnter”də ("Keşlə”) oynamış Baçana Tsxadadze futbolçu karyerasını başa vurub.
Fanat.Az xəbər verir ki, bu barədə 31 yaşlı forvard Gürcüstan mətbuatına özü açıqlama verib. Tsxadadze karyerasını bitirməyinə zədəsinin səbəb olduğunu bildirib: "Gürcü futbolçuların Avropada çıxış etməsinin çətin olduğu vaxtda Avropa klublarında oynamaq şansım oldu. Atam səviyyəsində futbol oynaya və onun qədər istedadlı ola bilmədim. Futbolda nə qazanmışamsa, bu, yalnız atamın köməyi ilə olub. O, mənim baş məşqçim də olub. Futbolçu karyeram ərzində həmişə yanımda idi".
Baçana Tsxadadze "İnter"də 2010-2015-ci illərdə forma geyinib. O, 2009-2014 aralığında bu komandanı çalışdırmış Kaxaber Tszxadadzenin oğludu.
Fanat.Az