19 yaşadək futbolçulardan ibarət Avropa çempionatının seçmə mərhələsində seçməmizin yer aldığı 1-ci qrupda ilk tur başa çatıb.
Fanat.az xəbər verir ki, Tbilisidəki Mixail Mesxi adına stadionda baş tutan qrupun digər matçında meydan sahibi Gürcüstan Lixtenşteyni 7:0 hesabıyla darmadağın edib.
Noyabrın 17-də baş tutacaq 2-ci turda birinci qarşılaşmada İsrailə 1:4 hesabıyla yenilən Azərbaycan yığması Gürcüstanla, İsrail isə Lixtenşteynlə oynayacaq.
Fanat.AZ