21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Ukrayna ilə yoxlama oyununa hakim təyinatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu gün Bakıda keçiriləcək matçı yerli hakimlər briqadası idarə edəcək.
Baş hakim Rəvan Həmzəzadə olacaq. Ona Müslüm Əliyev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
Qeyd edək ki, Azərbaycan – Ukrayna görüşü saat 20:00-da başlayacaq. Matç "CBC Sport" telekanalı vasitəsi ilə canlı yayımlanacaq.
Fanat.Az