Futbol üzrə milli komandamızın Millətlər Liqasındakı oyunları ilə əlaqədar Premyer Liqada və I Divizionda fasilə yaranıb.
Fanat.Az xəbər verir ki, bundan yararlanmaq istəyən Birinci Divizionun məğlubiyyətsiz lideri MOİK yoxlama oyunu keçirəcək.
Azər Bağırovun yetirmələri Premyer Liqanın debütantı "Sabah"la qarşılaşmada gücünü sınayacaq. Matç noyabrın 17-də Masazırdakı "Əlincə Arena"da keçiriləcək.
Oyun saat 14.00-da başlayacaq.