12:28 15.11.2018 1096

"Topaz": Xorvatlar qisas, finlər 1 xal, Belarus və Avstriya qələbə arzusunda

UEFA Millətlər Liqasında həlledici oyunlar başlayır. Bu gün 4 divizion üzrə keçiriləcək  9 matçla yarışda 5-ci tura yekun vurulacaq. Artıq bu turda bəzi komandalar qrup qalib olmağı və gələn il keçiriləcək pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirə bilər. Bu maraqlı və həyəcanlı futbol axşamına Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz"la rəng qata bilərsiniz.  Günün bütün maraqlı qarşılaşmaları "Topaz"da proqnoz həvəskarlarına təqdim olunur. Ümumilikdə bu günkü proqramda 29 qarşılaşma yer alıb ki, onlardan da 9-na "təkli" mərc etmək olar. 19 oyun isə canlı mərcə çıxarılacaq. Günün ən çox maraq doğuran oyunlarından ilk növbədə A divizionunun 4-cü qrupunda keçiriləcək 

Xorvatiya-İspaniya görüşünü qeyd etmək olar. Xorvatlar 2 ay əvvəl ispanlardan aldığı 0:6 hesablı ağır məğlubiyyətin əvəzini çıxmaq üçün "alışıb-yanır". Həmin oyunla müqayisədə baş məşqçi Zlatko Daliçin heyətlə bağlı problemi demək olar ki, yoxdur. Zədəsini sağaldan Kramariç və Rebiç bu axşam böyuk ehtimalla meydanda olacaq. İspaniya millisi isə xorvatlara yenə qalib gələcəyi halda sonuncu turun nəticəsindən asılı olmayaraq qrup liderliyini və pley-off mərhələsinə vəsiqəni təmin edəcək. İndiyədək ispanlara qarşı keçirdiyi 5 dueldə cəmi bir dəfə qalib gəlməyi bacaran xorvatlar bu axşam Zaqrebin məşhur "Maksimir" arenasında hesablarına növbəti qələbəni yazmağa çalışacaq. Saat 23:45-də başlanacaq matça "Topaz"da həm canlı, həm "təkli" mərc etmək olar. Əmsallar: Xorvatiyanın qələbəsi 3.55, heç-heçə 3.15, İspaniyanın qələbəsi 2.00.

B divizionunda 3-cü qrupda yer alan Avstriya ilə Bosniya və Hersoqovinanın qarşılaşması da prinsipial xarakterlidir. Bu, əvvəlki 3 oyunun hamısında qalib gələn bosniyalıların qrupda sonuncu matçıdır. Vyana səfərində hətta 1 xal qazansalar belə, Balkan təmsilçisi liderliyini qoruyub saxlayacaq və pley-offa vəsiqəni rəsmiləşdircək. Avsrtiya yığmasına isə qrup lideri olmaq üçün həm bu axşam, həm də noyabrın 18-i Şimali İrlandiya ilə görüşdə qələbə lazımdır. Vyananın populyar "Ernest Happel" stadionunda keçiriləcək matç saat 23:45-də başlanacaq. "Topaz"da bu "ölüm-dirim" qarşılaşmasına bu əmsallarla mərc edə bilərsiniz: Avstriyanın qələbəsi 1.75, heç-heçə 3.10, Bosniya və Hersoqovinanın qələbəsi 3.80. 

Eyni situasiya C divizionunda, 2-ci qrupdadır. 4 oyunun hamısında qalib gələn Finlandiya ən yaxın izləyicisi Yunanıstanı 6 xal qabaqlayır. Bu axşam Afinada üz-üzə gələcək bu komandaların duelində finlərə 1 xal da kifayətdir ki, rəqibləri üçün əlçatmaz olsun. Yunanıstan isə pley-offa vəsiqə qazanmaq şansını saxlamaq üçün mütləq qalib gəlməlidir. Hərçənd aralarındakı son 3 oyunda yunanlar finlərə bata bilməyib. "Topaz"ın həm "təkli", həm canlı mərc statusu verdiyi duelin əmsalları belədir: Yunanıstanın qələbəsi 1.95, heç-heçə 2.75, Finlandiyanın qələbəsi 3.70.

Və son olaraq Azərbaycan yığmasının da yer aldığı D divizionunda günün matçı haqda. Burada "günün matçı" 2-ci qrupda keçiriləcək Lüksemburq-Belarus görüşüdür.  4 turdan sonra Lüksemburq Belarusu 1 xal qabaqlamaqla qrup lideridir. Ötən ay Minskdə keçirilən ilk dueldə meydan sahibləri qələbə qazanmaqla Lüksemburqla xal fərqini minima endirdi. Bu gün qərbi avropalılar qalib gəlsə lider kimi pley-offa vəsiqəni təmin edəcək. Belarus millisi də 3 xal qazanacağı halda böyük ölçüdə həmin vəsiqəyə sahib çıxacaq. Çünki belarusluların qrupda son oyunu zəif San-Marinoya qarşı olacaq ki, orada da xal itirmək ehtimalları 0-a bərabərdir.  "Topaz"ın bu maraqlı oyun üçün müəyyənləşdirdiyi əmsallar belədir: Lüksemburqun qələbəsi 2.65, heç-heçə 2.80, Belarusun qələbəsi 2.40. 

Bu oyunlardan başqa bu axşam keçiriləcək Almaniya-Rusiya (kod 624, saat 23:45), İrlandiya-Şimali İrlandiya (kod 625, saat 23:45) və İngiltərə-ABŞ (kod 626, saat 00:00) kimi maraqlı yoldaşlıq görüşlərinə də "Topaz"da mərc edə bilərsiniz.
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

Facebookdan bizi izləməyi unutmayın.
X