"Vest Hem"in futbolçusu Xavyer Hernandes uğursuz mövsüm keçirir. Qol vura bilməyən meksikalı futbolçu heyətə düşməkdə də çətinlik çəkir.
Fanat.Az xəbər verir ki, Meksikanın "Televisa" kanalı bunu ilginc səbəblə izah edib. Kanalda yayımlanan "Hoy" (Bugün) adlı proqrabda iddia olunub ki, keçmiş sevgilisi Lusia Villalon futbolçuya cadu etdirdiyi üçün qol vura, forma şansı qazana bilmir. Bu iddia ilə verilişin qonağı olan meksikalı falçı Moni Vidente çıxış edib.
Hernandesin ispan jurnalistə evlənmək vədi verdiyi, amma evlənmədiyi barədə mətbuatda məlumatlar yayılmışdı. Verilişin qonağı olan falçı futbolçuya səslənərək "Yerinə yetirməyəcəyiniz sözləri verməyin. Sevgilinizə evlənmək sözü verirsinizsə, yerinə yetirin" deyib.
Qeyd edək ki, Meksika millisində keçirdiyi 105 oyunda 50 qol vuran Hernandes karyerası ərzində vətənində "Quadalayara", İngiltərədə "Mançester Yunayted", "Vest Hem", İspaniyada "Real" və Almaniyada "Bayer" klublarının formasını geyinib.
Fanat.Az