UEFA Millətlər Liqasında V turun oyunlarına start verilib.
Fanat.Az xəbər verir ki, A Liqasında İslandiya Belçikanın qonağı olub və 0:2 hesabı ilə yenilib.
İslandiyanın qapısını "Qarabağ"ın qapıçısı Hannes Halldorsson qoruyub. O, start heyətində yer alıb və sonadək oynayıb.
Qeyd edək ki, İslandiya millisi 4 oyunda xal qazana bilməyib. Hannes Halldorsson bu oyunlarda qapını qoruyub və 13 qol buraxıb. İslandlar cəmi bir qol vura bilib.
Fanat.Az