14:38 16.11.2018 970

"Topaz": Hollandiya və Danimarka üçün son sans

Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz" bu gün də mərc həvəskarlarına bir-birindən maraqlı, həyəcanlı qarşılaşmalar təqdim edir. 

Əsas diqqət təbii ki,  UEFA Millətlər Liqasının oyunlarınadır. Bu günkü proqramda yer alan 12 "təkli" oyunundan 5-i məhz Millətlər Liqasının matçlarıdır. Daha 7 "təkli" oyun isə milli komandalar səviyyəsində yoldaşlıq görüşləridir. Ümumilikdə "Topaz" bu gün müştərilərinə mərc etmək üçün 73 oyun təklif edir. Onlardan 28-nə canlı mərc etmək olar. Proqramda adı ilk diqqət çəkən qarşılaşma Millətlər Liqasının Hollandiya-Fransa duelidir. Son dünya çempionu qısa tənəzzül dövründən sonra yenidən dirçəlməyə başlayan Hollandiyanın qonağı olacaq. Fransa 1-ci qrupda son oyununu keçirir və "zanbaqlar ölkəsi"ndə qazanacağı 1 xal belə pley-off mərhələsinə çıxmaq üçün kifayət edəcək. 3 turda 7 xal toplayan Fransadan 4 xal geri qalan "narıncılar"ın isə qələbə qazanmaqdan başqa yolu yoxdur. Məhz bu halda hollandlar Fransa ilə xal fərqini 1-ə endirə və son turda Almaniyaya qalib gəlməklə 1-ci yeri tuta bilər. Hollandiyanın Fransa üzərində sonuncu qələbəsindən 10 il ötür. AVRO-2008-də qazanılan 4:1-lik parlaq zəfərdən sonra hollandlar fransızlarla keçirdiyi 5 görüşün hamısında uduzub. Yeni dirçəliş dövrünə qədəm qoyan "narıncılar" axşamkı matça tam heyətlə hazırdır. Dünya çempionunun heyətində isə itkilər var: Poqba, Umtiti, Tolisso, Martial, Lakazett, Koman, Kurzava və Mendi zədəlidir. Rotterdamda keçiriləcək qarşılaşmanı ingilis hakim Teylor idarə edəcək. Saat 23:45-də başlanacaq oyuna "Topaz"da həm "təkli", həm də canlı mərc etmək mümkündür. 

Əmsallar: Hollandiyanın qələbəsi 2.95, heç-heçə 3.30, Fransanın qələbəsi 2.20.

Gecənin maraq doğuran digər oyunları Sloveniya-Norveç və Kipr-Bolqarıstan görüşləridir. Bu komandaların 4-ü də C divizionunun 3-cü qrupunda yer alıb. Sloveniya istisna olmaqla qalan 3 komandanın qrup qalibi olmaq və pley-offa yüksəlmək şansı var. Bu mənada Norveçin artıq heç bir iddası qalmayan Sloveniya qarşısında favorit sayılması qanunauyğundur. Onsuz da norveçlilər Sloveniya üçün arzuolunmaz rəqiblərsən sayılır. Ən azı statistika belə deyir: 8 oyunda cəmi 1 qələbə. Əgər Balkan təmsilçisi bu dəfə də Norveçə qalib gələ biməzsə, şimali avropalılar pley-offa doğru inamlı addım atacaq. Norveçin özünü rahat hiss etməsi üçün paralel görüşdə Bolqarıstanın Kiprə uduzması lazımdır. Bolqarlar Norveçlə eyni sayda - 9 xal toplayıb. Kipr yığmasının isə 4 xal var. Kipr cüzi şansını da saxlamaq üçün bu axşam mütləq qalib gəlməli, daha sonra Norveçi məğlub etməlidir. Bolqarlar isə qələbə qazanmaqla son tura daha rahat çıxmaq istəyindədir. Maraqla gözlənilən hər iki qarşılaşmaya "Topaz"da həm "təkli", həm də canlı mərc edə bilərsiniz. 

Əmsallar:  Sloveniyanın qələbəsi 3.15, heç-heçə 2.75, Norveçin qələbəsi 2.15.Kiprin qələbəsi 3.00, heç-heçə 2.85, Bolqarıstanın qələbəsi 2.15.   

B divizionun 4-cü qrupunda da bu axşam həlledici oyun var. Qrup lideri Uels öz meydanında Danimarkaya qalib gəlsə, pley-off mərhələsinə çıxacaq. Bir oyun az keçirən danimarkalılar isə bu axşam azı bir xal qazanarsa, son turda bütün iddiasını itirən İrlandiyaya qalib gəlməklə qrup lideri ola bilər. Məğlubiyyət Danimarka üçün hər şeyin bitməsi deməkdir. 

"Topaz"da bu oyunun əmsalları belədir: Uelsin qələbəsi 2.70, heç-heçə 2.70, Danimarkanın qələbəsi 2.45. 

Bu və digər oyunlara "Topaz"da mərc etməklə günü qazancla başa vura bilərsiz. Təklif bizdən, dəyərləndirmək sizdən.
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

Facebookdan bizi izləməyi unutmayın.
X