"Dünyanı gəzmişik, çoxlu hazırlıq keçmişik. Ümid edirəm ki, Azərbaycanla ilk oyundakı səhvləri təkrarlamayacağıq. Rəqibin topa nəzarət edəcəyini gözləyirik. Ancaq inanıram ki, bu dəfə biz Azərbaycanı cəzalandıracağıq".
Fanat.Az xəbər verir ki, bu sözləri Farer adaları yığmasının kapitanı Atli Qreqersen Millətlər Liqasının V turunda millimizə qarşı keçiriləcək oyundan əvvəl mətbuat konfransında deyib.
Rəqib futbolçu iddialı danışıb: "Qələbəyə inanıram. Sabah çətin olacaq. Amma meydana çıxırıqsa, qalib gəlməyi düşünməliyik. İnanıram ki, bu gözəl ölkədən qələbə ilə ayrılacağıq. Revanş çox güclü ifadə olar. Qaldığımız otelin çox yaxşı kollektivi var, bizə yaxşı baxırlar. Azərbaycan xalqını da çox bəyənirəm. Sadəcə, qələbə üçün mübarizə aparacağıq. Qrupda ən güclü komandanın Farer adaları olduğunu düşünürəm".
Fanat.Az