"Bu iki oyunun nə dərəcədə vacib olduğunu bilirik. Nəticənin yaxşı olması üçün əlimizdən gələni edəcəyik".
Fanat.Az xəbər verir ki, bu fikirləri Azərbaycan yığmasının futbolçusu Rüfət Dadaşov UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda Farer adaları ilə ev oyunundan öncə deyib.
Hücumçu rəqibdən zəif olmadıqlarını bildirib: "Rəqibi təhlil etmişik. Öz oyunumuzu oynamalıyıq. Baxmayaraq ki, rəqibin heyətində ucaboylu futbolçular var, biz də bu yöndə zəif deyilik".
Rüfət Dadaşov qol vuracağına dair heç kəsə söz vermədiyini söyləyib: "Heç vaxt heç kimə söz vermirəm ki, qol vuracam. Qol vurmaq mənim işimdi. Farer adaları və Kosovo ilə son iki oyunda kimin qol vurması önəmli deyil. Əsas odu ki, qalib gələk".
Fanat.Az