"Keşlə"nin futbolçusu Azər Salahlı üçün 2018-ci il erkən başa çatıb.
Fanat.Az xəbər verir ki, buna səbəb 24 yaşlı müdafiəçinin "Neftçi" ilə oyunda ayaq barmağının sınmasıdı. Azər bu səbəbdən ilin sonunadək keçiriləcək Premyer Liqanın "Qəbələ", "Qarabağ" və "Sabah"la matçlarını, Azərbaycan Kubokunun isə "Şüvəlan"la 1/8 final görüşünü buraxacaq.
Qeyd edək ki, müdafiəçi cari mövsümdə 6 Premyer Liqa, 1 Avroliqa matçına çıxıb və 1 məhsuldar ötürmə edib.
Fanat.Az