Millimizin UEFA Millətlər Liqasındakı oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən faydalanan "Sumqayıt”la "Qarabağ” sınaq matçına çıxacaq.
Fanat.Az xəbər verir ki, məlumatı "Sumqayıt”ın rəsmi saytı yayıb.
Tərəflər "Azersun Arena”da qarşılaşacaq. Matçın start fiti noyabrın 18-də, saat 13:30-da səsləndiriləcək.
Fanat.Az