Bu gün 19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilir.
Fanat.Az xəbər verir ki, 1-ci qrupda mübarizə aparan Azərbaycan yığması II turun oyununa çıxıb.
Vüqar Məmmədin baş məşqçisi olduğu millimiz Gürcüstanda meydan sahibləri ilə qarşılaşıb. Komandamız hesabda geri düşsə də, meydanı qələbə ilə tərk edib - 2:1.
Qeyd edək ki, millimiz ilk matçda İsrailə 1:4 hesabı ilə uduzmuşdu.
Avropa çempionatı
Seçmə mərhələsi
I qrup, II tur
17 noyabr
Gürcüstan - Azərbaycan 1:2
Qollar: Levan Xarabadze, 45+1 - Tural Bayramov, 67. Zahid Mərdanov, 70.
Azərbaycan: 1. Nicat Mehbalıyev (k), 3. Elnur İbrahimov, 5. Rauf Hüseynli, 7. Turan Vəlizadə, 8. Şakir Seyidov, 10. Kamran Quliyev, 14. Zahid Mərdanov, 15. Vüsal Məsimov, 17. Samir Qurbanov, 18. Emil Qasımov, 19. Tural Bayramov.
Ehtiyat oyunçular: 12. Nail Alışov, 22. Əkbər Vəliyev, 2. Rüstəm Nuriyev, 4. İbrahim Hüseynov, 6. İdris İnqilablı, 9. Murad Mahmudov, 11. Elvin Cəfərquliyev, 16. Elvin Talıbov, 21. Zamiq Əliyev.
Baş məşqçi: Vüqar Məmməd.
Gürcüstan: 1. Demetre Buliskeriya, 2. Piruzi Qabitaşvili, 3. İva Gelaşvili, 4. Cemali-Giorgi Jinjolava, 5. Levan Xarabadze, 6. Beka Dartsmeliya (k), 8. Zuriko Davitaşvili, 9. Georgi Guliaşvili, 10. Tamaz Babunadze, 11. Kviça Kvaratsxeliya, 22. Anzor Mekvabişvili.
Ehtiyat oyunçular: 12. Georgi Mamardaşvili, 7. Georgi İvaniadze, 14. Teymuraz Qabuniya, 15. Beqa Buiqlişvili, 16. Tsotne Patsatsiya, 17. Revazi İnjgiya, 18. Şota Şekiladze, 20. Laşa Nanobaşvili, 21. Luka Çaparidze.
Baş məşqçi: Georgi Mikadze.
Hakimlər: Donatas Rumsas, Aleksandr Radius (Litva), Karel De Roker, Erik Lambrext (Belçika).
Tiflis. Mixail Mesxi adına stadion.
Fanat.Az