"Sabah” milli komandanın oyunları ilə bağlı yaranmış fasilə zamanı yoxlama oyununda qüvvəsini sınayıb.
Fanat.Az xəbər verir ki, rəqib I Divizion təmsilçisi MOİK olub. "Əlincə Arena”da keçirilən oyun 4:0 hesabıyla "Sabah"ın xeyrinə başa çatıb. Görüşdə qollara Tural Qürbətov, Vitali Kvaşuk, Elçin Əsədov və Tolqar Yaqubov imza atıb.
"Sabah"ın baş məşqçisi Elşad Əhmədov qarşılaşmada aşağıdakı futbolçulara şans verib:
Start heyəti: 1. Tərlan Əhmədli, 2. Ülvi İbazadə, 3. Elvin Bədəlov, 4. Tərzin Cahangirov, 8. Elşən Abdullayev, 14. Tural Qürbətov, 15. Erik Ramos, 19. Məqsəd İsayev, 25. Vanderson Silva, 32. Elvin Yunuszadə, 88. Elçin Əsədov.
Sonradan meydana daxil olanlar: 11. Elgün Nəbiyev, 39. Əlibəy Məmmədli, 33. Eltun Turabov, 6. Vadim Abdullayev, 21. Novruz Məmmədov, 13. Filip İvanoviç, 7. Vitali Kvaşuk, Tolqar Yaqubov.
Qollar: Tural Qürbətov, 40. Vitali Kvaşuk, 53. Elçin Əsədov, 71, Tolqar Yaqubov, 78.
Fanat.Az