Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasının V turunda Farer adalarını qəbul edəcək.
Fanat.Az xəbər verir ki, oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionuna maşınla gələn azarkeşlər ciddi problemlə üzləşib. Belə ki, arenanın kənarındakı dayanacaqda avtomobil saxlamağa er tapmayıblar. Məcuriyyət qarşısında qalan azarkeşlər maşınlarını hava limanına gedən magistralın kənarında saxlayır.
Qeyd edək ki, Azərbaycan - Farer adaları oyunu saat 21.00-da başlayacaq.
Fanat.Az