"Keşlə”nin legioneri Ebrima Sohna milli komandada növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Sohna Qambiya yığmasının heyətində Afrika Millətlər Kubokunun seçmə mərhələsinin V turunda Beninə qarşı matçda 90 dəqiqə forma geyinib. Görüş qambiyalıların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, D qrupunda mübarizə aparan Qambiya millisi ilk qələbəsini qazanıb. Aktivində 5 xalı olan komanda Toqo ilə 3-4-cü pillələri tutur. İlk iki pillədə qərarlaşan Əlcəzair və Beninin isə 7 xalı var.
Fanat.Az