Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin son turunda qarşılaşacağı Kosovo ilə oyun üçün Bakını tərk edib.
Fanat.Az xəbər verir ki, yığma komandamız saat 18.30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından çarter reysi ilə Priştinaya yola düşüb.
Komandanı aparan təyyarədə milli üzvləri və məşqçilər korpusu ilə yanaşı, AFFA-nın baş katibi Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvləri - Vaqif Sadıqov və İsgəndər Cavadov da yer alıb.
Qeyd edək ki, noyabrın 20-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 23.45-da başlanacaq.
Fanat.Az