Portuqaliya Sequndasında X ura start verilib.
Fanat.Az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Renat Dadaşovun çıxış etdiyi "Eştoril" "Akademika Viseu"nun qonağı olub. Oyun futbolçumuzun komandasının qələbəsi ilə yekunlaşıb - 2:1.
Renat Dadaşov 73-cü dəqiqədə meydana çıxıb. O, 90-cı dəqiqədə isə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 20-yə çatdıran "Eştoril" 3-cü pilləyə yüksəlib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol