UEFA Millətlər Liqasında Kosovo ilə keçirəcəyi VI tur matçı ilə əlaqədar səfərə çıxan Azərbaycan yığması Priştina şəhərinə çatıb.
Fanat.Az unikal.org-a istinadən xəbər verir ki, Bolqarıstanın VİA aviaşirkətinə məxsus çarter reysli təyyarə 4 saatlıq uçuşdan sonra dünən gecə Kosovaya enib.
Futbol üzrə Azərbaycan milli komandasını Adem Yaşari adına hava limanında cəmi bir azərbaycanlı azarkeş qarşılayıb. O, "Azərbaycan-Azərbaycan" qışqıraraq millinin oyunçuları ilə görüşüb.
Fanat.Az