"Oyuna psixoloji cəhətdən hazırıq. Sabahkı görüş finala bərabərdi. Əminəm ki, hər iki komanda qalib gəlmək üçün əlindən gələni edəcək. Son oyunda 5:0 qalib gəlmişik və bu, bizə müəyyən üstünlük qazandırır".
Fanat.Az xəbər verir ki, bu sözləri Kosovo millisinin yarımmüdafiəçisi Valon Berişa UEFA Millətlər Liqasının qrup mərhələsinin yığmamızla keçiriləcək oyunundan öncə deyib.
Qarşılaşma ilə bağlı fikirlərini bildirən "Latsio"nun 25 yaşlı yarımmüdafiəçisi "Sabahkı matçda hücumameylli futbol, yoxsa nəticəyə hesablanmış oyun göstərəcksiniz" sualını belə cavablandırıb:
"İnanıram ki, komanda şəklində yox, ümumiyyətlə, fərdi qaydada da heç bir futbolçumuzun heç-heçə barədə düşünməyəcəyini zənn edirəm. Çünki bu, bizimlə "acı zarafat” edə bilər. Çalışacağıq ki, hücumda daha çox oynayaq".
Fanat.Az