"Kosovo yaxşı komandadı. Hər iki tərəf üçün həlledici oyundu. Meydana qələbə üçün çıxacağıq”.
Fanat.Az xəbər verir ki, bu sözləri milli komandamızın müdafiəçisi Maksim Medvedev UEFA Millətlər Liqasının qrup mərhələsinin son turunun Kosovo ilə oyunuöncəsi keçirilən mətbuat konfransında deyib.
Təcrübəli futbolçu sabahkı oyunla bağlı fikirlərini açıqlayıb: "Kosovo bizdən 2 xal öndədi. Ancaq bizim üstünlüyümüz birlikdədi. Çox məsuliyyətli oyundu. Ancaq komandamızda yetərincə təcrübəli futbolçu var. Sabah gərginlikdə yox, sərbəst oynamalıyıq. Bəli, məsuliyyət böyükdü, ancaq soyuqqanlı oynamalıyıq".
Fanar.Az