"Oyunumuzdan razı qalmadım. Topa nəzarət etməyə çalışırdıq. Eyni zamanda, oyuna nəzarəti də əlimizdə saxlamaq istəyirdik. Ancaq daha yaxşı oynamalıyıq”.
Fanat.Az xəbər verir ki, bu sözləri U-21 millimizin baş məşqçisi Rəşad Sadıqov Bosniya Herseqovina ilə keçirilən yoxlama oyunundan sonra AFFA-nın saytına açıqlamasında deyib.
Gənc çalışdırıcı 0:2 hesablı məğlubiyyəti şərh edərkən komandasının istənilən oyunu sərgilmədiyini bildirib: "İstər müdafiədə, istərsə də hücumda bundan yaxşı təsir bağışlamalıydıq. Daha yaxşı oynaya biləcəyimizi düşünürəm”.
Fanat.Az