"Qəbələ”nin futbolçusu Təmkin Xəlilzadə Azərbaycan milli komandasında yubiley oyununu keçirib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar”ın müdafiəçisi UEFA Millətlər Liqasının sonuncu - VI turunun Kosovo ilə matçında (0:4) 10-cu dəfə yığmanın formasını geyinib. Start heyətində yer alan və oyunu əvəz olunmadan keçirən Təmkin sarı vərəqə də alıb.
Xatırladaq ki, bu görüş Təmkinin millidə 10-cu oyunu olub. Onun hesabında 1 qol var.
Fanat.Az