Rusiyada futbol hakimliyi edən Tanya Zabrodina oyunlar zamanı yaşadığı çətinliklərlə bağlı danışıb.
Fanat.Az xəbər verir ki, 19 yaşlı qadın hakim başına gələn hadisələrdən söz edib:
"Futbolu hər zaman çox sevmişəm. Məktəbdə uşaqlarla futbol oynayırdım. Ardından bu işi daha da ciddiləşdirdim. 13 yaşından peşəkar şəkildə bu işlə məşğulam. Messinin fanatıyam. Atan televiziorda onun oyunlarını açan kimi yanına gedirəm. Əvvəlcə futbolçu oldum. Amma ailəm zədələnməyimdən qorxurdu. Futbolun qızlara görə olmadığını deyirdilər. Dostlarım da eyni şeyi düşünürdü. Amma futbol mənim sevgim idi.
Sonra FIFA-nın hakim seminarlarına qatıldım. 2016-cı ildən hakimlik edirəm. İndi 3-cü liqada təyinatlar alıram. Hələlik daha yüksək liqalarda hakimlik etməyimə icazə vermirlər. Eyni zamanda univeristetdə reklamçılıq və ictimaiyyətlə əlaqələr fakültəsində oxuyuram. İki işi də eyni vaxtda görə bilərəm.
Oyunlardan əvvəl futbolçular "Bizim matçımızı bu hakim idarə edəcək?" deyə soruşurlar. Oyun başlayandan 5 dəqiqə sonra vəziyyətə alışırlar. Bir neçə dəfə kişilərin mənə pis özlər dediyini eşitmişəm. Çox zaman bu sözləri futbolçular yox, azarkeşlər deyir. Mənə "Evinə get, yemək bişir" deyə qışqırırlar. Amma oyun zamanı duyğuları səbəbindən belə dediklərinə əminəm. Mən bir hakiməm. Özümə nəzarət edə bilmirəmsə, oyunu necə idarə edəcəm?
Bir dəfə futbolçulardan biri mənə tez-tez komplimentlər deyirdi. İlk dəfə deyəndə güldüm, bu da 90 dəqiqə davam etdi. Oyun bitəndən sonra məni birlikdə əylənməyə dəvət etdi. Amma yox dedim.
Hazırda sevgilim yoxdu. Onsuz da münasibətlərdə o qədər də yaxşı deyiləm. Bu işi pul üçün etmirəm".
Fanat.Az