"İnter” və "Simurq”da oynamış Ruhid Usubovun futbola gəlişi əlamətlərə inanan baş məşqçinin sayəsində reallaşıb.
Fanat.Az-ın məlumatına görə, futbolçu karyerasını 30 yaşında bitirərək məşqçiliyə başlayan Ruhid indi "Keşlə” adlanan "İnter”in sabiq çalışdırıcısı Valentin Xodukinin təkidi ilə əsas koamandaya götürülüb.
Başqalarından xüsusi heç nə ilə fərqlənməyən gəncin kürən olması ukraynalının seçimində əsas rol oynayıb. Xodukin klubun o vaxtkı bolqar başqanı Georgi Nikolova "bu kürən uşaq mənə çox lazımdı, "dubl”da qalmamalıdı. Hər komandada bir kürən olmalıdır ki, gözə gəlməsin” deyib. Nikolov müəyyən çək-çevirdən sonra inadından əl çəkməyən çalışdırıcı ilə razılaşıb və "rıji” gəncin belə desək, önü açılıb.
Fanat.Az