"World Coach Ranking" dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlayıb.
Fanat.Az xəbər verir ki, siyahıda yer alan millimizin və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ötən həftə ilə müqayisədə 4 pillə irəliləyib. 1073 xala sahib olan mütəxəssis 458-ci pillədə yer alıb.
"Neftçi"nin baş məşqçisi Roberto Bordin isə 698 pillədə qərarlaşıb. İtaliyalı mütəxəssis də ötən həftə ilə müqayisədə 8 pillədə irəliləyib.
Qeyd edək ki, siyahıya "Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir.
Fanat.Az