10:22 23.11.2018 2136

Kamran Ağayev zədəli olmayıb - Millinin məğlubiyyətinin şok təfərrüatı

Futbol üzrə Azərbaycan millisinin Kosovaya 0:4 hesabı ilə uduzduğu matç ətrafında söz-söhbət səngimək bilmir.

Qeydə alınan uğursuz nəticədən sonra yığmanın baş məşqçisi Qurban Qurbanov hədəfə çevrilib.

Ona qarşı AFFA-nın baş katibi Elxan Məmmədova yaxınlığı ilə seçilən istər rusdilli mediada, istərsə də sosial şəbəkələrdə qaralama kampaniyasına start verilib.

İstər İsgəndər Cavadovun oyundan sonra dilə gəlməsi, istərsə də Ayaz Əhmədov, Rəhman Hacıyev kimi Elxan Məmmədova yaxınlığı ilə seçilən şəxslərin Qurbanovun istefasını tələb etməsi əbəs yerə deyil.

Digər ilginc bir məqam isə Elxan Məmmədovgil tərəfindən milliləşdirilən Pavel Paşayev, Dmitri Nazarov və Rüfət Dadaşovun Kosova ilə oyunda potensialından olduqca aşağı çıxış etməsidir. Onların zəif çıxışı istər-istəməz şübhə doğurur.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, Farer adaları ilə qarşılaşmanın ikinci hissəsində zədələnən Pavel Paşayev Kosova yığması ilə oyundan öncə həkimlərə tam sağaldığını, matça hazır olduğunu deyib. Lakin onun sərgilədiyi oyun bunun tam əksini deyir. Buraxılan 3 qolda rəqib hücumçulara "açıq qapı” günü elan edən Paşayevin nəyə görə yalan danışdığı da ayrıca şübhəli məqamıdır.

Əldə etdilən digər şok bir məlumat isə ondan ibarətdir ki, Farer adaları ilə matçın ilk hissəsinin 42-ci dəqiqəsində zədələnən Kamran Ağayevin MRT müayinəsi nəticəsində zədəli olmadığı üzə çıxıb. Buna baxmayaraq, o zədəsini bəhanə gətirərək yığmadan kənarlaşmaq istəyib. Qurban Qurbanovun özü də qapıçının MRT nəticəsindən agah olub və onun bilərəkdən Kosova ilə matçda iştirak etmədiyindən xəbərdardır.

Etibarlı mənbə bildirir ki, bu söhbət "Keşlə”nin prezidenti Zaur Axundova da çatıb. O da öz növbəsində Kamran Ağayevi cəzalandırdıracağını bildirib.

İş burasındadır ki, Kamran Ağayev Kosova ilə oyunda iştirak etməyəcəyi dəqiqləşdikdən sonra "CBC Sport”un efirinə qoşularaq ağlayır, matçda iştirak etməyəcəyinə təəssüfləndiyini bildirir. Bunun isə ssenarinin bir parçası olduğu istisna deyil.

Qeyd edək ki, Kamran Ağayev Farer adaları ilə oyunda durduğu yerdə zədələnib. Həkimlər meydana daxil olduqdan sonra Ağayev özünə gəlir, ayağa qalxır və topu irəli vurur. İkinci hissədə isə əvəzlənir.

Bunun bir tapşırıq olub-olmadığı isə yaxın günlərdə bilinəcək. Hər halda Qurban Qurbanova qarşı "torba” əməliyyatı aparıldığı açıq-aşkar görünür. Təcrübəli mütəxəssis isə hələlik susur. Danışsa…

Oxucularımızla daha bir maraqlı məqamı bölüşməkdə fayda var. Milli komanda vacib oyunlar öncəsində 5 ulduzlu oteldə məskunlaşır. Kosova ilə ölüm-qalım matçından əvvəl isə yığma Mərdəkandakı bazada qalır. Kosova ilə oyuna da qolu qısa formalarla çıxılır.

Şəraitin yaxşılaşdırılması, qolu uzun formaların verilməsi üçün müraciət olunsa da, "pul yoxdur” deyilir. Elxan Məmmədov müraciətə qol çəkmədiyindən iş icra olunmur. Bu da yəqin ki, baş katibin əlavə psixoloji təzyiq formasıdır.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 İyun 2025
01:14

"River Pleyt" Yaponiya təmsilçisini inamla yendi

00:44

"Sabah"ın rəqibi Zaqreb "Dinamo"sunun futbolçusu ilə gücləndi - RƏSMİ

00:07

"Sabah" Azərbaycanı FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə təmsil edəcək

17 İyun 2025
23:50

"Liverpul" Osimhen üçün "Napoli"yə iki futbolçusunu təklif etdi - ADLAR

23:14

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

22:31

"Borussiya" Braziliya təmsilçisini yenə bilmədi

22:03

"Qarabağ" braziliyalı futbolçu transfer etdi - RƏSMİ

21:50

İtaliya nəhəngi idman direktorunu postundan uzaqlaşdırdı

21:29

"Vilyarreal" yeni vingerlə gücləndi - RƏSMİ

20:18

"Orada "Latsio"da bir ilə qazandığımı bir aya qazana bilərdim" - Sarri rədd etdiyi təklifdən danışdı

19:34

"Sabah" legioneri ilə əməkdaşlığa son qoydu - RƏSMİ

19:16

"Dəfələrlə demişəm ki, o, bizim ən yaxşı oyunçumuzdur" - "Çelsi"nin baş məşqçisi

18:43

Vüsal İsgəndərlinin yeni klubu bəlli oldu

18:10

Azərbaycan komandası A qrupunun qalibi oldu

17:49

Dünya çempionatı: Azərbaycan cüdoçusu yarımfinalda!

17:28

Avropa Liqasında ilk mərhələnin püşkatması baş tutdu

17:09

"Sabah"ın Avropa Liqasındakı rəqibi bilindi

16:43

Çempionlar Liqasının püşkü atıldı

16:24

Azərbaycan cüdoçusu 1/4 finala yüksəldi

16:06

"Sevilya" yeni baş məşqçisinin təyinatını açıqladı

15:48

İnzaqinin yeni iş yeri bilindi - RƏSMİ

15:29

Ronaldunun Trampa göndərdiyi formanın üzərində nə yazılıb?

15:11

"İndi oynadığım futboldan həqiqətən razıyam" - "Çelsi"nin vingeri

14:53

Qarnaço Mançesteri Londona dəyişə bilər

14:34

Aleks De Souzanun yeni iş yeri bilindi - RƏSMİ

14:16

"Mən "Qızıl top"u həmişə ona verərdim" - Serxio Ramos

13:58

Klublararası dünya çempionatı: "Borussiya Dortmund" ilə "İnter" ilk sınağına çıxır

13:39

İngiltərəni Konfrans Liqasında təmsil etmiş məşqçi "İmişli"ni çalışdıra bilər - AÇIQLAMA

13:20

Çempion Ceydon Sançonu istəyir

13:02

35 yaşlı müdafiəçi "Mançester Siti"ni digər İPL klubuna dəyişir

12:44

"Qəbələ"nin hazırlıq planı bəlli oldu

12:26

Beyl İngiltərə klubunun səhmlərini almağa yaxındır

12:08

İdman Arbitraj Məhkəməsi İrlandiya klubunun şikayətini rədd etdi

11:50

AFFA 2 kluba texniki məğlubiyyət verdi

11:16

"Sabah"ın mümkün rəqiblərinin sayı dəqiqləşdi - Bu 4 komandadan biri ilə qarşılaşacaq

10:58

"Araz-Naxçıvan" Almaniyadan futbolçu transfer etdi

10:27

Ronaldulu "Əl-Nəsr"də qalmaqal - Baş direktor klubu məhkəmə ilə hədələdi

10:06

Dünya çempionatı: Daha iki cüdoçumuz mübarizəyə qoşulur

09:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:00

Klublararası dünya çempionatı: Juninyo oynamadı, komandası qalib gəldi

Facebookdan bizi izləməyi unutmayın.
X