Rusiya Premyer Liqasında XV tur davam edir.
Fanat.Az-ın məlumatına görə, milli komandamızın üzvü Ramil Şeydayevin forma geydiyi "Krılya Sovetov” da növbəti matçını keçirib.
Samara təmsilçisi Moskvada "Spartak”ın qonağı olub. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matça start heyətində başlayan Ramil 90 dəqiqə meydanda olub. O, qarşılaşmanın 83-cü dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, 15 oyundan sonra aktivində 14 xal olan "Krılya Sovetov” turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Fanat.Az