"Qarabağ” ciddi itki ilə üzləşib.
Klubdan fanat.Az-a verilən məlumata görə, ağdamlıların hücumçusu İnnosent Emeqara sıradan çıxıb.
İsveçrəlinin zədələnmə səbəbi kifayət qədər maraqlıdı. O, "Sabah”la Topaz Premyer Liqası çərçivəsində keçirilən dünənki qarşılaşmadan (1:1) öncə zədələnib. Forvard isinmə hərəkətləri edən zaman xəsarət alıb. Müayinə zamanı onda menisk yırtığı aşkarlanıb. Emeqara əməliyyat olunacaq.
Hücumçu qış fasiləsindən öncə baş tutacaq heç bir görüşdə komandasına kömək edə bilməyəcək.
Fanat.Az