Topaz Premyer Liqasınn XII turunda "Sumqayıt"la qarşılaşma Samir Abasov üçün "Zirə”nin baş məşqçisi postunda yubiley – 10-cu matç olub.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, qəsəbə təmsilçisi Abasovun rəhbərliyi altında 2-ci qələbəsini qazanıb. Hesabında 2 heç-heçə və 6 məğlubiyyət olan 40 yaşlı mütəxəssisin komandası 10 qol vurub və 12 top buraxıb.
"Zirə” həm baş məşqçisinin rəhbərliyi altında, həm də mövsümdə ilk dəfə 3 qol vurub və minimum 2 top fərqi ilə qalib gəlib. "Qartallar” Premyer Liqada sonuncu dəfə ötən mövsümün VIII turunda belə qələbə qazanıb. 2017-ci il oktyabrın 14-də komanda öz meydanında "Kəpəz”i 3:0 hesabı ilə yenib.
Bundan sonra Premyer Liqada keçirilən 31 qarşılaşmada 1-dən artıq top fərqi ilə qalib gələ bilməyən "Zirə” 2-dən çox qol vurmayıb. Azərbaycan Kuboku da nəzərə alınmaqla, "Zirə" 2017-ci il noyabrın 29-da "Xəzər”i də 3:0 hesabı ilə yenib.
Qeyd edək ki, "Zirə" "Sumqayıt”la ev oyununda 3 xalı 3 qolla qazanıb – 3:1.
Fanat.Az