Milli komandamızın sabiq üzvü Elhad Nəziri maraqlı fikirlər səsləndirib.
Fanat.Az komanda.az-a istinadən xəbər verir ki, o, futbolçu olduğu dönəmdə aldıqları mükafatdan "otkat” tələb olunduğunu bildirib:
"Karyeramı erkən yaşda başa vurmağımın səbəbi genişdi. Milli komandada olarkən mənə verilən mükafatın 15 min manatını geri istədilər. Mən də bir-iki futbolçu ilə məsləhətləşdim və pulu vermədim. Ondan sonra 1-2 kluba deyildi bu barədə. Gördüm ki, mümkün deyil heç nə, mən də futbolla vidalaşdım. Artıq Azərbaycan futbolundan iyrənmişəm".
O, mükafatı geri qaytarmağını kimlər istədiyi bağlı suala cavab olaraq deyib: "İsraillə oyundan sonra Bakıya qayıtdıq. Bir neçə gün keçdi və mükafatları verdilər. Hamı kimi mən də gedib pulumu aldım. Üstündən 3-4 saat keçdi, zəng edib məndən mükafatın 15 min manatanı geri istədilər. Mən də qaytarmadım. Çünki oradakılar kimi həmin pul mənim də haqqım idi. Orda məndən artıq adam yox idi".
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol