FIFA hakim-inspektoru Asim Xudiyev erməni ilə eyni oyuna təyinat alıb.
Fanat.Az xəbər verir ki, onun hakim-inspektor olacağı Avropa Liqasının qrup mərhələsininin "Astana" (Qazaxıstan") - "Dinamo" (Kiyev, Ukrayna) qarşılaşmasının UEFA nümayəndəsi Ermənistan təmsilçisi Artur Azaryan təyin edilib.
Qeyd edək ki, "Astana" - "Dinamo" oyunu noyabrın 29-u Bakı vaxtı ilə saat 19:50-də başlayacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol