"Stadionun ümumi aurası və hakimin yanaşması "Traktorsazi” komandasına qarşı yönəlmişdi".
Fanat.Az xəbər verir ki, bu sözləri Güney Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Hadi Bahaduri 25 noyabrda baş tutan "Perspolis” - "Traktorsazi” qarşılaşmasında yaranan xoşagəlməz hala münasibət bildirərkən deyib.
O, qanuna görə, ölkənin Baş Prokurorluğunun "Persepolis”ə qarşı vəsatət qaldırmalı və təhqirə yol verənlərin cəzalanmalı olduğunu bildirib: "Əvvəlcədən elan olunmuşdu ki, stadionda təhqirə yol verilərsə, oyun dayandırılacaq. "Persepolis” tərəfdarları təhqirə başladı, lakin oyun dayandırılmadı. Stadionun ümumi aurası və hakimin yanaşması "Traktorsazi” komandasına qarşı yönəlmişdi. Şəkillərdə göründüyü kimi, ofsayt qərarı düzgün deyildi. Hakim bu barədə məşvərət edib və "Traktorsazi”nin vurduğu qolu qəbul etməli idi. Bu vəziyyətdə "Traktorsazi” yenə də bir xal qazandı. Buna görə komandaya təşəkkür etmək lazımdı. Böyük Azərbaycan millətinin təhqir olunması qəbuledilməzdi. Təhqir edənlər isə qarşılığını almalıdı. Ölkənin Baş Prokurorluğu böyük Azərbaycan milləti tərəfindən "Persepolis”ə qarşı vəsatət qaldıraraq təhqirə yol verənləri cəzalandırmaqla belə hərəkətlərin təkrar olunmasının qarşısını birdəfələlik almalıdı”.
Qeyd edək ki, "Perspolis” - "Traktorsazi”görüşü zamanı "Persepolis”in şovinist fars tərəfdarları Azərbaycan-türk millətinin ünvanına təhqiramiz şüar və söyüşlər səsləndirib, eləcə də Qarabağın "əsl adının” "Artsax” olduğunu bildirərək, əllərində pankartlar qaldırıblar. (axar.az)
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol