Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.
Fanat.Az xəbər verir ki, siyahıda yer alan millimizin və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ötən həftə ilə müqayisədə 3 pillə irəliləyib. 1073 xala sahib olan mütəxəssis 455-ci pillədə yer alıb.
"Neftçi"nin baş məşqçisi Roberto Bordin isə 123 xalla 976-cı pillədə qərarlaşıb. İtaliyalı mütəxəssis ötən həftə ilə müqayisədə 278 pillə geriləyib. Bordin italiyalı baş məşqçilər arasında sonuncu yerdə qərar tutub.
Qeyd edək ki, siyahıya "Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir.
Fanat.Az