19:59 27.11.2018 1250

Rəşad Sadıqov üçün tarixi oyun

"Qarabağ”ın kapitanı Rəşad Sadıqov daha bir tarixi göstəriciyə imza atır.

Azərbaycan millisində 100 və daha çox oyun keçirən yeganə futbolçu kimi tarixə düşən 36 yaşlı müdafiəçi avrokuboklarda da bu rəqəmi fəth edir.

Avropa Liqasının qrup mərhələsinin "Sportinq”lə noyabrın 29-da keçiriləcək görüşdə Rəşad meydana çıxarsa, o zaman bu, onun qitə miqyaslı klub turnirlərində 100-cü matçı olacaq. Portuqaliya təmsilçisi ilə qarşılaşma ərəfəsində futbolçunun hesabında 99 oyun və 7 qol var.

Bu göstəricidə Azərbaycan futbolçuları arasında mütləq rekordçu olan Sadıqov Bakı Olimpiya Stadionundakı görüşə çıxmaqla yubiley – 100-cü oyunun iştirakçısı olacaq. Rəşad bu göstəriciyə 17 ildə çatıb.

2001-ci il avqustun 9-da "Neftçi”nin UEFA kubokuna "Qoritsa” ilə evdə keçirdiyi görüş 19 yaşlı müdafiəçinin debütü kimi yadda qalıb. Sloveniya klubu ilə bu görüş qolsuz heç-heçə başa çatıb. Rəşad "Neftçi”dən başqa "Kayserispor” və "Qarabağ”ın heyətində də avrokuboklarda çıxış edib. "Qoritsa” ilə matçda onunla komanda yoldaşı olan Qurban Qurbanov da artıq neçə vaxtdı baş məşqçisidir.

99 oyunu üç klubda keçirən müdafiəçi 5 dəfə legioner kimi – Türkiyə "Kayseripor”unda meydana çıxıb. Azərbaycan klubları ilə 95-ci sınağa hazırlaşan Rəşad "Neftçi”də 18 matçda 2 qol vurubsa, "Qarabağ”da 76 görüşdə 5 dəfə fərqlənib.

Müdafiəçi üç müxtəlif turnirdə oynayıb. O, Çempionlar Liqasında 31, əvvəl UEFA kuboku, sonradan Avropa Liqası adlanan turnirdə 58, İntertoto kubokunda 10 oyunda forma geyinib. Rəşad qollarından 6-nı Avropa Liqası, 1-ni İntertoto kubokunda vurub.

Qeyd edək ki, Rəşad 1 mövsüm Çempionlar Liqasında, 4 mövsüm Avropa Liqasında qrupa qədər irəliləyib və əsas mərhələnin həyəcanını yaşayıb. Bu uğurların hamısı indiki klubu "Qarabağ”ın heyətində gerçəkləşib.

Mənbə: matc.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

Facebookdan bizi izləməyi unutmayın.
X