"Sportinq" yaxşı vəziyyətdədi. Sabah bizi çətin oyun gözləyir".
Fanat.Az xəbər verir ki, bu sözləri Portuqaliyanın "Sportinq" klubunun futbolçusu Andrea Pintu Bakıda "Qarabağ"la keçirəcəkləri Avropa Liqasının V tur matçından əvvəl təşkil olunan mətbuat konfransında deyib.
"Qələbə bizi növbəti mərhələyə daşıyacaq. Ümid edirik ki, 6 aydan sonra yenidən Bakıya qayıdacağıq. Sabahkı görüşdə fərqli "Qarabağ” gözləmirik. Yəqin ki, ilk matçdakı kimi oynayacaqlar. Eyni oyun fəlsəfəsinə malik komandadı. Cinahdan oynayır, əks-hücumlara tez-tez bel bağlayır və çalışırlar sürətli çıxış etsinlər. "Qarabağ” özünə əmin komandadı. Sabah da onlardan bu performansı gözləyirəm" deyə Andrea Pintu bildirib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol