Almaniyanın "Proyssen” klubunda çıxış edən millimizin üzvü Rüfət Dadaşov üçün 2018-ci il erkən başa çatıb.
Fanat.Az xəbər verir ki, 27 yaşlı hücumçu III Bundesliqanın XVI turunda Braunşveyq "Ayntraxt”ını 3:0 hesabı ilə məğlub etdikləri oyunda ağır zədə alıb. Matça 69-cu dəqiqədə əvəzetmədən daxil olan Dadaşovun bud əzələsində problem yaranıb. Forvard oyunu başa vura bilsə də, onun ən azı 3 həftə meydana çıxa bilməyəcəyi gözlənilir. O, Azərbaycan millisinin Farer adaları və Kosovo ilə görüşlərindən sonra klubunun düşərgəsinə yüngül zədə ilə qayıtmışdı.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol