"Maraqlı oyun izlədik. Qollar, sarı və qırmızı vərəqələr oldu. İlk yarıda qollar buraxmağımızdan sonadək əziyyət çəkdik. Oyunçularımız ikinci hissədə oyunu ələ aldı. Təəssüf ki, imkanlarımızdan istifadə edə bilmədik. "Neftçi”nin hücum xətti çox güclüdü".
Fanat.Az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Topaz Premyer Liqasının XIII turunda "Neftçi"yə məğlubiyyətdən sonra söyləyib.
O, bildirib ki, hücum etdikləri vaxt son zərbə və ötürmələri verə bilmirlər.
Baş məşqçi zədəsini sağaldan Elşən Abdullayevin növbəti oyunda meydana çıxmaq ehtimalının olduğunu deyib.
Fanat.Az