Amerikalı model Katrin Mayorqaya təcavüzdə ittiham olunan Kriştiano Ronaldonun 2009-cu ildə Las Veqasda aparılan istintaqa verdiyi ifadə üzə çıxıb.
Fanat.Az xəbər verir ki, bu barədə Almaniyanın "Der Spiegel" nəşri məlumat yayıb.
İddialara görə, ifadədə Mayorqa "Xanım C", Ronaldo isə "X" adlandırılır. Futbolçu "Həmin gecə nələr baş verdi" sualına belə cavab verir: "Onunla birlikdə olduq. Əslində istəmədiyini deyirdi, amma bədən dili bunun tam əksini göstərirdi. Daha sonra onunla birlikdə olmağa davam etdim. Bir az sərt idi. Bu səbəbdən bədənində bəzi göyərmələr əmələ gəldi. Bütün bunlar baş verərkən "bunu etmə" deyirdi".
İstintaq ifadəsində qeyd edilir ki, Ronaldo Katrindən üzr istəyib. Sənədlərə görə vəkilin "Sən nə dedin, "Xanım C" nə söylədi" sualına Ronaldo "Yeni tanış olduğumuz üçün birlikdə olmağımızın düzgün olmadığını söylədi. Amma buna baxmayaraq bədənimə toxundu" deyib.
Ronaldonun vəkilinin "Xanım C" hadisə zamanı heç səsini qaldırdımı, qışqırdımı" sualına futbolçunun cavabı belə olub: "Dəfələrlə "yox" dedi və dayandı".
Hadisədən sonra Katrin Ronaldoya "Sən məni zorladın" və "Sən axmaqsan, mən digərləri kimi deyiləm" deyib. Bundan sonra fubolçu ondan üzr istəyib.
Fanat.Az