"Püşkün nəticəsindən narazı deyiləm. Daha çətin qrupa da düşə bilərdik”.
Fanat.az xəbər verir ki, bu sözləri Slovakiya Futbol İttifaqının prezidenti Yan Kovaçik deyib.
AVRO-2020-nin seçmə mərhələsinin püşkünü dəyərləndirən başqan Azərbaycan yığmasını gözlənilməz rəqib sayır: "Birinci səbətdən daha çox Xorvatiyanı arzulayırdım. Macarıstan və Xorvatiya ilə oyunlarımız qrupun ən yaxşılarını müəyyənləşdirmək üçün həlledici olacaq. Qrupumuzda yer alan Uels təhlükəli, Azərbaycan qəribə, belə desək, gözlənilməz komandadı”.
Qeyd edək ki, E qrupunda Xorvatiya, Uels, Slovakiya, Macarıstan və Azərbaycan millilərimübarizə aparacaq.
Fanat.Az