Azərbaycan millisi "AVRO-2020"nin seçmə mərhələsində yer aldığı E qrupunda rəqiblərininin hamısıyla qarşılaşıb. Xorvatiya, Uels, Slovakiya və Macarıstan yığmalarının hər biri bunadək seçmə mərhələdə bizimlə rəqiblə olublar.
Özü də hər 4 rəqiblə yalnız rəsmi oyunlarda üzləşmişik, yəni heç vaxt yoldaşlıq görüşlərində qarşılaşmamışıq. Əksər vaxt duellərin məhz Avropa çempionatına təsadüf etməsi maraq doğurur. Məsələn, "AVRO-2000"nin seçmə mərhələsində də Slovakiya və Macarıstanla bir qrupda olmuşuq.
Bu 4 rəqiblərlə ümumilikdə 18 dəfə görüşmüşük və balans bizim üçün çox pisdi. Təsadüfi deyil ki, millimiz həmin matçların yalnız 1-də qalib gəlib. Bu, İqor Ponomaryovun vaxtında Bakıda Slovakiya yığması üzərində 2:0 hesablı sensasion qələbədi. Qalan 17 qarşılaşmanın cəmi 2-də heç-heçə, 15-də məğlubiyyətimiz qeydə alınıb. Təbii ki, belə olan halda, topların fərqində də rəqiblərin aşkar üstünlüyü var - 6:42.
Millimizin baş məşqçilərindən rəqiblərlə ən çox Vaqif Sadıqov qarşılaşıb - 4. Berti Foqts 3, Əhməd Ələsgərov, Ağasəlim Mircavadov, İqor Ponomaryov və Əsgər Abdllayev hərəyə 2, Kazbek Tuayev, Karlos Alberto Torres və Robert Prosineçkidə hərəyə 1 matç var. Foqtsla Tuayev məhz indiki rəqiblərə - müvafiq olaraq Xorvatiya və Macarıstana darmadağın olunmalardan sonra istefaya göndəriliblər.
Azərbaycan - Xorvatiya qarşılaşmaları: 2 oyun, 1 heç-heçə, 1 məğlubiyyət (topların fərqi, 0-6)
"AVRO-2016"nın seçmə mərhələ matçları
13.10.2014. Osiyek. Xorvatiya - Azərbaycan 6:0
Baş məşqçi: Berti Foqts (Almaniya)
03.09.2015. Bakı. Azərbaycan – Xorvatiya 0:0
Baş məşqçi: Robert Prosineçki (Xorvatiya)
Azərbaycan - Uels matçları: 6 oyun, 1 heç-heçə, 5 məğlubiyyət (topların fərqi 1-11)
"DÇ-2002"nin seçmə mərhələ matçları
20.11.2002. Bakı. Azərbaycan – Uels 0:2
Baş məşqçi: Əsgər Abdullayev
29.03.2003. Uels – Azərbaycan 4:0
Baş məşqçi: Əsgər Abdullayev
"AVRO-2006"nın seçmə mərhələ matçları
04.09.2004. Bakı. Azərbaycan – Uels 1:1
Qol: Rəşad Sadıqov
Baş məşqçi: Karlos Alberto Torres (Braziliya)
12.10.2005. Kardiff. Uels – Azərbaycan 2:0
Baş məşqçi: Vaqif Sadıqov
"DÇ-2010"un seçmə matçları
06.09.2008. Kradiff. Uels – Azərbaycan 1:0
Baş məşqçi: Berti Foqts (Almaniya)
06.06.2009. Bakı Azərbaycan – Uels 0:1
Baş məşqçi: Berti Foqts (Almaniya)
Azərbaycan - Slovakiya oyunları, 6 oyun, 1 qələbə, 5 məğlubiyyət (topların fərqi, 4-12)
"AVRO-96"nın seçmə mərhələ matçları
29.03.1995. Koşitse. Slovakiya – Azərbaycan 4:1
Qol: Nazim Süleymanov-pen
Baş məşqçi: Ağasəlim Mircavadov
16.08.1995. Trabzon. Azərbaycan – Slovakiya 0:1
Baş məşqçi: Ağasəlim Mircavadov
"AVRO-2000"in seçmə mərhələ matçları
05.09.1998. Koşitse. Slovakiya – Azərbaycan 3:0
Baş məşqçi: Vaqif Sadıqov
09.10.1999. Bakı. Azərbaycan – Slovakiya 0:1
Baş məşqçi: Əhməd Ələsgərov
"DÇ-2002"nin seçmə mərhələ matçları
28.03.2001. Trnava. Slovakiya – Azərbaycan 3:1
Qol: Vadim Vasilyev
Baş məşqçi: İqor Ponomaryov
06.06.2001. Bakı. Azərbaycan – Slovakiya 2:0
Qollar: Vadim Vasilyev, Zaur Tağızadə
Baş məşqçi: İqor Ponomaryov
Azərbaycan-Macarıstan görüşləri: 4 oyun, 4 məğlubiyyət (toplarln fərqi, 1-13)
"DÇ-98"nin seçmə matçları
10.11.1996. Bakı. Azərbaycan – Macarıstan 0:3
Baş məşqçi: Kazbek Tuayev
10.09.1997. Budapeşt. Macarıstan – Azərbaycan 3:1
Qol: Vyaçeslav Lıçkin
Baş məşqçi: Vaqif Sadıqov
AVRO-2000-nin seçmə mərhələ matçları
10.10.1998. Bakı. Azərbaycan – Macarıstan 0:4
Baş məşqçi: Vaqif Sadıqov
08.09.1999. Budapeşt. Macarıstan – Azərbaycan 3:0
Baş məşqçi: Əhməd Ələsgərov
Mənbə: Sport24.az