Türkiyə 1-ci liqasında 14-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, gənclərdən ibarət Azərbaycan yığmasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi "Girəsunspor” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda "Qazişəhər Qaziantep”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:5.
Ozan Can bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də salınmayıb.
"Girəsunspor” 14 turdan sonra 17 xalla 18 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.
Fanat.Az