Tovuz şəhər stadionunun AFFA tərəfindən quraşdırılmış süni örtüyünə yüksək sertifikat olan 2 ulduzun alınması məqsədilə AFFA FIFA-ya müraciət etmişdi. Fanat.az xəbər verir ki, beynəlxalq futbol qurumu bu müraciəti cavablandırıb.
FIFA tərəfindən adıçəkilən stadionun süni örtüyünə 2014-cü il noyabrın 5-dək 2 ulduzun verilməsini təsdiqləyən sertifikat artıq AFFA-ya göndərilib. Bu, ölkəmizdə paytaxtdan kənarda yerləşən stadionun süni ot örtüyünə verilmiş ilk yüksək sertifikatdı.
Qeyd edək ki, Tovuz şəhər stadionunun süni ot örtüyü Topaz Premyer Liqasında çıxış edən klublarda uşaq futbolu üçün UEFA-nın ayırdığı vəsait və AFFA-nın maliyyəsi hesabına quraşdırılıb.
Fanat.az