"Bu qrupu normal sayıram. Oynamaq olar. Mümkün qədər çox xal toplamalıyıq"
Fanat.Az xəbər verir ki, bunu Slovakiya millisinin futbolçusu Martin Şkrtel deyib.
Kapitanın AVRO-2020-nin püşkatmasının nəticələrinə reaksiyası belə olub: "Xorvatiya qrupun aşkar favoritidi. Uels, Slovakiya və Macarıstan isə səviyyəcə yaxın komandalardı. Kollektivlərin, ayrı-ayrı futbolçuların matçlar zamanı hansı formada olması həlledici rol oynayacaq. Uelsdə çox şey komandanın lideri Qaret Beyldən asılıdı. Amma digər oyunçuların da əksəriyyəti İngiltərə Premyer Liqasında çıxış edir. Macarıstanla derbimiz azarkeşlər üçün də maraqlı olacaq. Azərbaycan yığmasını da unutmaq olmaz. Bu komanda münasib olmayan rəqibdi. Final mərhələsinin ev sahiblərindən biri Bakı olduğu üçün onlar həlledici raunda yüksəlməkdən naminə mümkün hər şeyi edəcək”.
Şkrtel Slovakiyanın ilk iki yerdən birini tutmaq gücündə olduğunu düşünür: "Bu, bizim evdə İspaniyanı udmağımız qədər vacibdi. İndi isə Xorvatiya ilə məsələni həll etməliyik. AVRO-2020-yə yüksəlmək üçün mümkün qədər çox xal toplamalıyıq. Artıq komandamızda təkcə səviyyə deyil, həm də əvvəlki tsikllərdə toplanan təcrübə də var. Final mərhələsinə vəsiqəyə iddia etmək iqtidarındayıq”.
Fanat.Az